ƏMLAK

Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alanların sayı 25 minə çatıb
06 DEKABR
84

Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alanların sayı 25 minə çatıb

2018-12-06 16:09:00

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətdə olduğu 2006-2018-ci illər ərzində dövlət xətti ilə 1,2 mlrd. manat ipoteka krediti verilib.

Fins.az  u barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu illərdə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 000-ə çatıb.

Təkcə bu ilin yanvar-noyabr aylarında İKZF-nin müvəkkil bankları 241,7mln manatlıq 3 528 ipoteka krediti (172,46 mln. manatlıq 2 428 adi kredit, 69,24 mln. manatlıq 1 100 güzəşli kredit) verib. Halbuki, ötən ilin eyni dövründə 172,7 mln. manatlıq 2 687kredit rəsmiləşdirilib. Yəni kreditlərin ümumi məbləğində 40%, borcalanların sayında isə 31,3% artım var.

Bu il ipoteka kreditləri vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin satışı da dəstəklənib. Artıq 217 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 mln. manatlıq güzəştli və 450 min manatlıq adi kredit verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255