ƏMLAK

"Novostroyka"lar bahalaşacaq
02 DEKABR
2179

"Novostroyka"lar bahalaşacaq

2016-12-02 12:44:00

2017-ci ildə yeni tikiləcək binalarda qiymətlərin artımı müşahidə oluna bilər.

Bu sözləri mənzil bazarı üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, uzunmüddətli mərhələdə təqribən ən yaxşı halda 4-5 aydan sonra tikintisi yeni başlayan və yekunlaşmayan binalarda artımların olması gözləniləndi: "Hesab edirəm ki, bu addım əslində, yeni tikilən binalarda yanlış qiymət siyasətinin bir davamı olacaq. Amma heç bir müsbət nəticə verməyəcək, əksinə yeni tikililərdəki artım alqı-satqı əməliyyatlarının sayını bir qədər də məhdudlaşdıracaq”. 

Ramil Osmanlı əlavə edib ki, yeni tikiləcək binalardan başqa mənzil bazarında bahalaşma olmayacaq: "Qətiyyən artım gözlənilmir. Çünki bunun üçün hər hansı iqtisadi səbəb mövcud deyil. Çünki hələ də hökumət tərəfindən şəhərsalma və infrastruktur layihələrinə ayrılan vəsaitlərin həcmində, makroiqtisadi baxımdan ölkənin gəlirlərində və bank sektorunun inkişafında hər hansı artım müşahidə olunmur

Həmçinin əhalinin sosial vəziyyəti də yaxşılaşmayıb. Belə olan təqdirdə daşınmaz əmlak bazarında aktivliyi artıracaq heç bir səbəb yoxdur. Hesab edirəm ki, növbəti ildən daşınmaz əmlak bazarında qiymət artımı istiqamətində nəsə ola bilər”.

Mənbə: BakiPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274