DÜNYA

OPEC-dən hasilatla bağlı açıqlama
11 İYUL
94

OPEC-dən hasilatla bağlı açıqlama

2019-07-11 16:07:00

Neft İxrac edən Ölkələr Birliyinin -OPEC iyun ayının göstəricilərinə dair neft bazarı hesabatına görə, keçən ay qlobal neft hasilatı may ayı ilə müqayisədə gündəlik 470 min barrel artımla 98 milyon 560 min barelə yüksəlib. İyunda OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı gündəlik 540 min barrel artaraq 68 milyon 730 min barrelə qalxıb.

OPEC-in gündəlik xam neft hasilatı iyunda əvvəlki aya nisbətən 68 min barrel azalaraq 29 milyon 830 min barrelə enib. Beləliklə, həmin dövrdə OPEC-in qlobal neft hasilatındakı payı 30,3% təşkil edib. Keçən ay OPEC daxilində gündəlik xam neft hasilatını ən çox artıran ölkələr öz növbəsində Nigeriya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri BƏƏ olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271