DÜNYA

“Lukoil” qonşu ölkələrin milli valyutaları ilə hesablaşmalara keçidi mümkün sayır
13 NOYABR
79

“Lukoil” qonşu ölkələrin milli valyutaları ilə hesablaşmalara keçidi mümkün sayır

2018-11-13 09:19:00

Fin.az-ın "report"a istinadən verdiyi məlumata görə “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov jurnalistlərə açıqlamasında deyib ki,"Rusiya dollardan imtina etmək məsələsini qarşısına qoymayıb, bununla yanaşı, sərhədyanı ölkələrlə milli valyutalarda ödənişlərin edilməsi ilə bağlı fəal müzakirə aparılır".

“Dollardan imtina etmək çox çətindir və Rusiyada istər xarici, istərsə də daxili bazarda dollara qadağanın qoyulması məsələsi qətiyyən qarşıya qoyulmur. Rusiyaya çoxlu avadanlıqlar avroda və dollarda tədarük edilir. Hazırda sərhədyanı dövlətlərlə yerli valyutaların işlədilməsi məsələsi fəal müzakirə edilir”, - deyə V.Ələkbərov bildirib.

Qeyd edək ki, Rusiyanın Maliyyə, İqtisadi İnkişaf nazirlikləri və Rusiya Mərkəzi Bankı bu ölkənin iqtisadiyyatının dollardan asılılığını azaltmaq üçün plan hazırlayıb. Rusiyanın Baş nazirinin birinci müavini, maliyyə naziri Anton Siluanov bildirib ki, sənədə sürətlə əlavə dəyər vergisi (ƏDV) ödənişləri daxil olmaqla rubl hesablaşmalarını istifadə edən şirkətlər üçün vergi imtiyazı mövcuddur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256