DÜNYA

Çexiyada yeni tipli cəzaçəkmə müəssisəsi
19 OKTYABR
135

Çexiyada yeni tipli cəzaçəkmə müəssisəsi

2017-10-19 13:55:00

Çexiyanın İrjitse qəsəbəsində “açıq həbsxana” adlı pilot layihəyə start veriləcək. Layihəyə əsasən, məhbuslar açıq cəzaçəkmə müəssisəsində mühafizəçilər olmadan, tərbiyəçilər və psixoloqların müşayiəti altında yaşayacaqlar. Bu barədə “praguemonitor.com” saytı xəbər verib. Məlumatda bildirilir ki, həbsxana yüksək beton hasarla əhatə edilib və kameralarla mühafizə olunur. Həbsxanada 14 işçi çalışacaq və 32 nəfər məhkum saxlanılacaq. Məhkumlar gündəlik vəzifələrini icbari vaxt rejimi olmadan yerinə yetirəcəklər. Qeyd edilir ki, “açıq həbsxana”nın məqsədi məhkumların azad olunduqdan sonrakı yeni həyata uyğunlaşmasına kömək etməkdir. Layihədə yalnız cəzaçəkmə müddəti sona çatmağa yaxınlaşan məhbuslar iştirak edə biləcəklər. Əgər 1 illik eksperiment uğurlu olarsa, “açıq həbsxana”nın 100 məhbusa qədər genişləndirilməsi və ölkədə digər belə obyektlərin tikilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285