DÜNYA

Yanacaq qıtlığına görə işdən azad olundu
10 OKTYABR
148

Yanacaq qıtlığına görə işdən azad olundu

2017-10-10 11:55:00

 Qazaxıstanın yanacaq bazarında yaranan çətinliyə görə bu ölkənin energetika nazirinin müavini Aset Maqauovu işdən çıxarılıb.

“Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Bakıtcan Sagintayev bildirib.

O qeyd edib ki, energetika naziri Kanat Bozumbayevə töhmət verilməsi barədə də Qazaxıstan prezidentinə təklif verib.

Qeyd edək ki, əhali "Ai-92" markalı benzini almaqla bağlı çətinlik çəkib, bu markalı benzini yalnız bir şirkətin yanacaqdoldurma məntəqəsindən nağd almaq mümkün olub. Digər şirkətlərin yanacaqdoldurma məntəqələrində isə bu markalı yanacağın satış həcmi məhdudulaşdırılıb, benzin talonla və yanacaq kartı ilə satılıb.

Energetika naziri deyib ki, dekabrda "Ai-92" markalı benzinin idxal payının 20%-ə qədər azaldılması planlaşdırılır. Nazirlik hesab edir ki, noyabr-dekabr aylarında vəziyyət və benzinin qiyməti sabitləşəcək.

Qazaxıstan KİV-in məlumatına görə, bu gün bəzi rayonlarda benzinin bir litrinin qiyməti 200 tengəyə (1 manat) qədər qalxıb.

*** 

Qazaxıstan baş naziri Bakıtcan Sagintayev bəyan edib ki, hər kəs iki zavodu bir-birinin ardınca dayandırmağın hansı vəziyyətə gətirib çıxaracağını yaxşı bilirdi. 

“Vəziyyəti dəqiqləşdirmək, hansı həcmdə, haradan, hansı regionları təmin etməli olduğumuzu əvvəlcədən hesablamaq və sentyabrda bu vəziyyətlə qarşılaşmamaq mümkün idi. Boş yerə gərginlik yaradıldı”, - baş nazir bildirib.

B.Sagintayev bu məsələdə aidiyyatı şəxslərin məsuliyyətsizliyini vurğulayıb. O, energetika nazirinə töhmət verilməsi və onun müavininin işdən çıxarılması ilə yanaşı, “KazMunayQaz”ın İdarə Heyətinin sədrinə inzibati cəza tədbiri olaraq töhmət verilməsini və onun müavini Daniyar Berlibayevin səlahiyyətlərinin ləğv olunmasını tapşırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297