DÜNYA

ABŞ-dan xaricə çıxarılmış 4 trln. dollar kapital geri qaytarıla bilər
06 SENTYABR
451

ABŞ-dan xaricə çıxarılmış 4 trln. dollar kapital geri qaytarıla bilər

2017-09-06 12:25:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, yüksək vergi dərəcələri ilə əlaqədar ölkədən xaricə çıxarılmış və 4 trln. dollar həcmində olması ehtimal edilən amerikan kapitalını geri qaytarmaq üçün çalışmalara başlayıb. 

Fins.az xəbər verir ki, bunun üçün dövlət başçısı vergi dərəcələrinin azaldılması planını da açıqlayıb. 

"Xaricdə yerləşdirilmiş trilyonlarla dolları geri qaytarmalıyıq. Həmin pullar hazırkı vergi məcəlləsinin ucbatından ölkədə gələ bilmir", - deyə o, qeyd edib. 

D. Tramp həmçinin vergi məcəlləsinin maksimal dərəcədə sadə tərtib olunması zəruriyyətini vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti bu ilin aprel ayında yerli şirkətlərin ödədiyi mənfəət vergisinin dərəcəsinin 35%-dən 15%-ə endirilməsi təklif edib. Bundan başqa, istehsalı ölkə xaricində həyata keçirən şirkətlərə yüksək - 35% vergi tətbiq ediləcəyi bildirilib. Bu ilin sonuna qədər yeni vergi məcəlləsinin təsdiq olunacağı gözlənilir.  

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293