DÜNYA

Türkiyədə dollar ucuzlaşır
14 İYUN
813

Türkiyədə dollar ucuzlaşır

2017-06-14 17:57:00

 Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi 3,50 lirə səviyyəsindən aşağı düşüb. 

Bu, ABŞ-da açıqlanan zəif inflyasiya göstəriciləri səbəbindən dolların qlobal valyuta bazarında ucuzlaşması amili ilə balıdır. Belə ki, hazırda dollar/lirə məzənnəsi dünənə nisbətən 0,8% azalaraq 3,4910 TRY/USD səviyyəsində yer alıb. 

"Report"un analitik qrupu dolların məzənnəsinin yay aylarında 3,45-3,65 TRY/USD diapazonunda dalğalanacağını, uzunmüddətli perspektivdə isə məzənnədə artımın davam edəcəyini proqnozlaşdırır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9997
  • ₽ RUB
    0.0296