BÜDCƏ

İqtisadiyyat Nazirliyinin strukturu dəyişib, vəzifələri artıb
28 DEKABR 2017
690

İqtisadiyyat Nazirliyinin strukturu dəyişib, vəzifələri artıb

2017-12-28 17:44:00

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Fins.az-ın məlumatına görə, bu gün Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərman imzalayıb.

İqtisadiyyat Nazirliyinin vəzifələri sırasına Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını həyata keçirmək də daxil edilib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276