BÜDCƏ

Maliyyə Bazarlarına Nəzarət Palatasında - YENİ TƏYİNATLAR
16 MAY
2048

Maliyyə Bazarlarına Nəzarət Palatasında - YENİ TƏYİNATLAR

2016-05-16 09:32:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) strukturunun formalaşdırılması davam edir. Fins.az-ın əldə etdiyi məlumata görə, palata daxilində Bank fəaliyyətinə nəzarət departamenti yaradılıb. Departamentə rəhbərlik müvəqqəti olaraq İmran Məmmədova həvalə olunub. O, həm də həmin departamentin Daxili nəzarət idarəsinin rəisidir. İmran Məmmədov bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində işləyib, lisenziyası ləğv olunmuş “Royalbank”ın ləğvetmə komissiyasına rəhbərlik edib. 

MBNP daxilində daha bir müvəqqəti təyinat baş verib. Qurumun baş icraçı direktorunun müavini vəzifəsi Asim Zülfüqarova tapşırılıb. O, həm də Palatanın Strateji xidmətlər departamentinin direktoru vəzifəsini müvəqqəti icra edir, həmin departamentin Strateji təhlil və risklərin idarə edilməsi idarəsinin rəisidir. Asim Zülfüqarov buna qədər AMB-nin Tədqiqatlar Departamentində şöbə müdiri, Azərbaycan Banklar Assosiasiyası yanında Azərbaycan Bank Tədris Mərkəzinin eksperti olub. Xatırladaq ki, Palatanın baş icraçı direktoru İbrahim Alışovdur. 

Palatadan xəbəri fins.az-a təsdiqləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271