BİZNES

ŞİRKƏTLƏRİN ÇOXDANDIR GÖZLƏDİYİ PROQRAM TƏMİNATI
07 FEVRAL
233

ŞİRKƏTLƏRİN ÇOXDANDIR GÖZLƏDİYİ PROQRAM TƏMİNATI

2018-02-07 10:00:00

Görkəmli analitiklərin təhlillərində və yazılarında qərara gəldikləri nəticəyə görə təhlükəsiz idarəetmənin sütun dayağı təcrübəli kadr ehtiyatıdır.

Əməkdaşların əksəriyyəti çox səliqəli və xoş görünüşlü olmaqlarına baxmayaraq iş qabiliyyətləri istənilən səviyyədə olmaya bilər. Belə olan halda tək çarə faydalı iş əmsalına görə bir-birindən fərqlənən əməkdaşları imtahan üsulu ilə ayırmaqdır.

Çoxsaylı işçinin isə attestasiya edilməsi böyük zaman və həmçinin qeyri-dəqiqlik amilini özüylə bərabər gətirir. Belə böyük və geniş həcmli bir prosesin avtomatlaşdırılması artıq hər bir sahibkar üçün vacibdir.

Müəssisədaxili bütün biznes proseslərini avtomatlaşdıraraq zaman məsrəfi və qeyri-dəqiqlik amillərinin qarşısını almağa kömək edən avtomatlaşdırma prosesi Azərbaycan Biznes bazarında artıq 15 ilə yaxın müddət arzində Pronet-Prospect ERP şirkəti tərəfindən tətbiq olunur.

Şirkətin təklif etdiyi həllər içində yer alan İmtahan Attestasiya Proseslərinin Avtomatlaşdırılması Sistemi - ProASK isə sifarişçinin istəyi əsasında imtahanlar, verilənlərin təhlili, işçilərin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi üçün testlər və anketlər tərtib edir ki, bu da qısa müddət ərzində mütləq dəqiqliklə kadr ehtiyatının bilik və bacarıq səviyyəsini öyrənməyə geniş imkan yaradır.

Proqramdan istifadə zamanı “Məsul şəxs” - yəni onlayn müşahidəçiyə bir çox imkanlar yaradılır ki, bu imkanlar sayəsində müşahidəçi testləşdirmənin aparılması üçün geniş monitorinq yaradaraq imtahan verən şəxslərin ümumi siyahısını və hər bir şəxsin adbaad yerində olmasını izləyə bilir.

İstifadəçilər sistemin tərkibində “Məlumatlar bazası” yaradaraq bütün sorğu məlumatları əlavə edə, imtahanları müxtəlif çətinlik səviyyələri üzrə qruplaşdıra, həmçinin çətin və asan tapşırıqların faiz nisbətini müəyyənləşdirə bilərlər. Bununla yanaşı sistemin “Müsabiqə” modulu vasitəsilə - müsabiqə menyusunda imtahan (imtahanın vaxtı, imtahanın yeri, imtahanın müddəti, test kitabçası, imtahan nəzarətçiləri, imtahan iştirakçıları) təyin edilir. Təyin olunmuş iştirakçılara müsabiqə məlumatları ilə bağlı mail bildirişlər göndərilir. Həmçinin sistem imtahandakı suallar komplektini dəyişdirə, riyazi sualları kalkulyatorun köməkliyi ilə həll etmək, cavablanmış və cavablanmamış sualları ayırd etmək üçün isə filtri qoşmaq imkanı da proseslərin asanlaşması üçün tam şərait yaradır.

ProASK həlli rahat interfeys və oxunaqlı sistem ilə faydalılığını daha da artırır. Bundan əlavə sistem, şəbəkə saytlarına, telefoniyaya, məlumatlandırma sistemlərinə, yaxın proqramlara və kənar məlumat bazalarına inteqrasiya olunmaq kimi unikal imkana malikdir. Zəruri hallarda, onlayn-ödəniş xidmətlərini və müxtəlif qurğuları (IP-kameraları, printerləri, skanerləri və s.) da ProASK proqramına qoşmaq olur.

Artıq OMG şirkətlər qrupu, ARPA, Centron mağazalar şəbəkəsi, İDEA, 2 saylı Tibb Texnikomu, Naxçıvan MR Dövlət Qulluğu Məsələlər üzrə Komissiyası və s. kimi nüfuzlu şirkət və təşkilatların istifadə etdiyi ProASK sistemini Azərbaycan bazarına təklif edən Pronet - Prospect ERP öz zəngin təcrübəsi və həllər kataloqu ilə ölkə daxilində 300-ə yaxın müəssisələrin etibarını qazanmışdır.

Xalq dilində desək “zərgər dəqiqiliyi” ilə hazırlanmış ProASK həlli isə mükəmməl sistemlər silsiləsindən sadəcə biridir.

PRONET Prospect ERP şirkətinin təqdim etdiyi digər həllərdən yararlanmaq üçün www.prospect.az saytına və ya +99412 310 21 21/+99477 277 24 77 nömrələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302