BİZNES

Azərbaycanda rəqabətin qaydaları hazırlanıb
12 SENTYABR
133

Azərbaycanda rəqabətin qaydaları hazırlanıb

2017-09-12 10:20:00

Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

  "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində "Əmtəə bazarının səmərəliliyi və rəqabət" istiqaməti üzrə işçi qrup yaradılıb və Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

 Bildirilir ki, ölkədə rəqabət mühitinin təkmilləşdirilməsi istiqamətində işlər sürətli şəkildə aparılmır.

 Hesabatda Rəqabət Məcəlləsinin qəbul edilməsi və institusional islahatların aparılması istiqamətində işlərin sürətləndirilməsi tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293