BİZNES

Azərbaycanda sahibkarların məsuliyyəti artırıldı
14 OKTYABR
271

Azərbaycanda sahibkarların məsuliyyəti artırıldı

2016-10-14 14:25:00

Azərbaycanda sahibkarların məsuliyyəti artırılıb.

Fins.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilmiş iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Əvvəllər sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli idisə, dəyişiklik layihəsinə əsasən, sahibkar həm də təhrif olunmuş və ya yanlış məlumat verməməlidir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275