BİZNES

Hacı İbrahim Nehrəmli: "Yalnız köhnə texnikaları satırıq"
11 MAY
495

Hacı İbrahim Nehrəmli: "Yalnız köhnə texnikaları satırıq"

2016-05-11 15:03:00

“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Xəzər adaları” layihəsinin tikintisi üçün aldığı texnikaları satışa çıxarması barədə yayılan məlumatlara münasibət bildirib.

Eləcə də bax: “Xəzər adaları” layihəsi dayanır: Hacı İbrahim texnikalarını satışa çıxarıb

Hacı İbrahim Nehrəmli açıqlamasında deyib ki, o yalnız köhnə və istifadə müddəti başa çatmış texnikaları satışa çıxarıb:

“Əgər kim deyirsə ki, Hacı İbrahim bankrot olub, bütün texnikaları satışa çıxarır və sairə, o yanılır. Mən yeni texnikaları satışa çıxarmamışam. Yalnız köhnə və yararsız vəziyyətə düşmüş texnikalar satışa çıxarılıb. Bu yaxınlarda Çin şirkətləri ilə yeni müqavilə imzalamışam, bu ölkədən 50 yeni texnika sifariş vermişəm. Satışa çıxarılan köhnə texnikaları həmin 50 yeni texnika əvəz edəcək. Yeni sifariş olunan texnikalar müasir və son modeldir. Bütün bunlar “Xəzər adaları” layihəsində işlərin intensiv görülməsindən xəbər verir. Allahın köməyi ilə layihə üzrə nəzərdə tutulan bütün işləri başa çatdıracağıq”.

İş adamı “Xəzər adaları” layihəsi üzrə də işlərin davam etdirildiyini söyləyib.

Mənbə: Ölkə.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272