BİRJA

“Kapital Bank”ın imtiyazlı səhmlərinin yerləşdirilməsi həyata keçiriləcək
19 DEKABR 2018
140

“Kapital Bank”ın imtiyazlı səhmlərinin yerləşdirilməsi həyata keçiriləcək

2018-12-19 09:38:00

21 dekabr 2018-ci il tarixində BFB-də standart bazar seqmentində listinqdə olan “Kapital Bank” ASC-nin imtiyazlı səhmlərinin yerləşdirilməsi həyata keçiriləcək. Emissiya prospektinə əsasən, yerləşdirilmənin başlandığı tarixdən ilk 2 iş günü yalnız üstünlük hüququna sahib olan emitentin səhmdarlarının sifarişi anderrayter tərəfindən təmin ediləcəkdir. 

İmtiyazlı səhmlərin satış qiyməti 12.39 AZN təşkil edəcək. Qeyd edək ki, səhmlər üzrə illik gəlirlilik dərəcəsi 15%-dir.

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Ticarətə buraxılan qiymətli kağızların sayı

Q/k-ın yerləşdirməyə başlanması tarixi

Q/k-ın ilkin ticarət qiyməti

1

AZ3001005157

İmtiyazlı adlı sənədsiz

 

1 614 205

(ədəd)

21.12.2018

12.39 AZN

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257