BİRJA

Birləşən iki şirkət yaxşı pul qazandıracaq
15 OKTYABR
353

Birləşən iki şirkət yaxşı pul qazandıracaq

2018-10-15 22:07:00

Murphy Oil şirkəti Meksika Körfəzində yanacaq mənbələri axtarmaq üçün Petrobras şirkəti ilə müəssisə şəklində birləşməsi barədə müqavilə imzaladıqları xəbərindən sonra, şirkət səhmləri kəskin şəkildə yüksəlib. AzFinance İnvestisiya şirkətindən Fins.az-a verilən məlumata görə,bəyanatda qeyd olunub ki,  Petrobras birgə müəssisənin 20% -nə, Murphy Oil isə qalan 80% -ə sahib olacaq. Bu müqavilə Petrobras üçün təxminən 1,1 milyard dollar dəyərində olacaq, həmçinin, şirkətlər bütün istehsal aktivlərinin istifadəsini təşviq edəcəklər. Şirkət, 2017 və 2018-ci illər üzrə satış həcminin 21 milyard dollara çatdırılması məqsədinə hələ də çatmamışdır. Xəbərlərdən bir gün sonra MUR – un səhmləri 11,6% yüksəlib.

Məlumat üçün bildirək ki, şirkətin kapitallaşması 6.136 milyard dollar təşkil edir. Şirkətin səhminin hazırki qiyməti isə 35.46 dollaradır. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250