BİRJA

SOCAR istiqrazlarının qiyməti kəskin artıb
08 OKTYABR
171

SOCAR istiqrazlarının qiyməti kəskin artıb

2018-10-08 15:14:00

Növbəti faiz ödənişinə 10 gündən az müddət qalan SOCAR istiqrazlarının qiyməti kəskin artıb.

İstiqrazların marketmeykeri “PSG Kapital” şirkətindən  Fins.az-a bildirilib ki, oktyabrın 8-i Bakı Fond Birjasının ticarət sistemində SOCAR istiqrazları üzrə yerləşdirilmiş ən aşağı satış qiyməti 1030.10 dollardır. Bu istiqrazların indiyədək qeydə alınan ən yüksək satış qiymətidir. Qiymətin kəskin artmasının səbəbi növbəti faiz ödənişinin yaxınlaşması və istiqrazlara olan tələbatın yüksəlməsidir.

SOCAR istiqrazı almaq istəyən hüquqi və fiziki şəxslər hazırda onu sadəcə təkrar bazardan minimum 1030.10 dollara əldə edə bilərlər.

SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı SOCAR istiqrazlarının müddəti 5 il, illik gəlirliliyi 5 faiz, faiz ödənişi hər 3 aydan birdir. Qeyd olunan qiymətli kağızların indiyədək 7 dəfə faiz ödənişi gerçəkləşib. Növbəti faiz ödənişi isə oktyabrın 17-də həyata keçiriləcək. SOCAR istiqrazları hazırda da ölkədə ən çox alınıb-satılan qiymətli kağız titulunu qoruyur.

Eləcədə bax:Millət vəkilləri Rüfət Aslanlıdan narazı DANIŞDILAR

İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır. SOCAR istiqrazları sahibləri istiqrazlarını girov qoyaraq, dollarda illik 5 faiz gəlirlərini itirmədən, qısa və uzunmüddətli kreditlər götürmə imkanına da malikdirlər. SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258