BİRJA

Kriptovalyuta bazarı canlanacaq – Böyük investisiyalar gəlir
13 APREL
393

Kriptovalyuta bazarı canlanacaq – Böyük investisiyalar gəlir

2018-04-13 11:39:00

Bitcoin-in qiymətinin yanvar ayından bu yana düşməsi bəzilərinə görə ona olan etibarın azalması ilə bağlıdır. Bəzi fərdi investorlar bu enişi yaxşı fürsət kimi görərək kriptovalyuta bazarına daxil olur.

Bitcoin 10 illik tarixi ərzində bir neçə dəfə böyük dəyişikliklərə məruz qalıb. Son dəyişiklik 19 min dollardan 6 min dollara qədər oldu, bu isə ən pis üçüncü enişdir. Bitcoin 72% dəyər itirdi.

Bitcoin bütün böyük dəyişikliklərdən sonra toparlanmağı bacarıb. Tom Li və Peter Siel kimi tanınmış investorlar Bitcoin-in gələcəkdə keçmiş qiymətinə qayıdacağını iddia edirlər. Geri dönüşün təmin edilməsi üçün Bitcoin-ə həcm gətirəcək təşəbbüslər lazımdır. Linin fikrincə, həcm nəhəng investorlar tərəfindən təmin ediləcək və önümüzdəki günlərdə böyük investisiyalar görəcəyik.

Uğurlu Blockchain layihəsi “Augur”-un təsisçilərindən olan Ceremi Qardner birja xarici qiymətli kağızlar bazarı (OTC) investorlarının kriptovalyutalara milyonlarla dollar dəyərində investisiya qoya biləcəyini bildirib. OTC yolu ilə bəzi investorlar mədənçi şirkətlərlə razılaşır və ya balinalarla razılaşma təmin edir.

2015-ci ildən bəri kriptovalyuta bazarı böyük investorların bazara daxil olmasını gözləyir, ancaq tələb gözləniləndən az idi. Digər tərəfdən, “Visa”-nın rəhbəri və Bitcoin Fondunun qurucularından olan Con Matonis “Goldman Sach” kimi böyük şirkətlərin kriptovalyuta bazarına daxil olacağını söyləyib.

“Hesab edirəm ki, böyük bankların Bitcoin ilə maraqlanması yaxşı haldır. Banklar Bitcoin üçün yeni bir bazar yarada bilərlər. Hətta Bitcoin üçün bazar faizi bazarlarını da görə bilərik”.

İndidən Yaponiya və Cənubi Koreyada çoxlu sayda fərdi investor Bitcoin və digər kriptovalyutalara böyük investisiyalar qoyub. Gözlənildiyi kimi, böyük şirkətlər kriptovalyuta bazarına daxil olsalar, yüksəliş qaçılmazdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256