BİRJA

Təkrar bazarda 1771 SOCAR istiqrazı satılıb
20 OKTYABR
360

Təkrar bazarda 1771 SOCAR istiqrazı satılıb

2016-10-20 18:02:00

Bu gün təkrar bazarda hər biri 1000 dollardan 1769 əqd üzrə 1 milyon 769 min dollarlıq SOCAR istiqrazları satılıb. Bundan başqa 2 əqd üzrə hər biri 1000,5 dollardan 2 SOCAR istiqrazı satılıb.

Qeyd edək ki, SOCAR istiqrazlarının market meykeri PSG Kapital şirkətidir. Bu şirkət 1 SOCAR istiqrazını 1000 dollardan alır, 1010 dollardan satır. Təkrar bazarda daha aşağı qiymətə SOCAR istiqrazı almaq mümükün ola bilir.

SOCAR istiqrazlarının təkrar bazara oktyabrın 18-dən başlayıb. Hazırda dövriyyədə SOCAR-ın 100 min istiqrazı var. Şirkətin geri alma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272