BANK

Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırılıb
26 DEKABR 2018
345

Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırılıb

2018-12-26 17:23:00

 Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda qurumun yeni tərkibdə İdarə Heyəti (İH) formalaşdırılıb.

Belə ki, indiyə qədər İH-nin sədri vəzifəsini icra edən Araz İsmayıl oğlu Əliyev sədr vəzifəsinə, İH-nin üzvü vəzifəsini icra edən Leyla Xıdırnəbi qızı Qaralova isə üzv vəzifəsinə təsdiqlənib.

Bundan başqa, indiyə qədər İH-nin üzvü vəzifəsini icra edən Vasif Oqtay oğlu Səlimov və İlqar Məhərrəm oğlu Qurbanov MDM-in rəhbərliyindən kənarlaşdırılıb, onların yerinə Müşfik Razik oğlu Əhmədli İH-nə yeni üzv seçilib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264