BANK

Maliyyə Bazarlarına Nəzarət Palatası “Standard
28 NOYABR
228

Maliyyə Bazarlarına Nəzarət Palatası “Standard&Poor’s”un suallarını cavablandırıb

2018-11-28 21:08:00

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Azərbaycanın suveren kredit reytinqinin müəyyən olunması məqsədilə ölkəmizdə səfərdə olan Standard&Poor’s (S&P) reytinq agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Palatanın İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov, İdarə Heyətinin üzvü İmran Məmmədov, Beynəlxalq əlaqələr sektorunun əməkdaşı Tariyel Mirzəyev iştirak edib. S&P-dən Avropa, Yaxın Şərq və Afrika ölkələrinin suveren reytinqləri üzrə assosiativ direktorlar Benjamin Young və Maxim Rybnikov , həmçinin Maliyyə institutlarının reytinqləri üzrə aparıcı analitik Sergey Voronenko iştirak ediblər. Görüşdə S&P nümayəndələrinə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində Palatanın gördüyü işlər və bu sahədə Palatanın üzərinə düşən vəzifələr barədə məlumat verilib. Həmçinin S&P nümayəndələrinin Azərbaycanın bank sektorunun sabitliyi, hüquqi və tənzimləyici çərçivə üzrə son yeniliklər, bu sahədə mövcud problemlər və s. barədə sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256