BANK

İnflyasiyanın hədəflənməsi rejiminə keçid proqramı bu ilin sonuna yekunlaşacaq
31 OKTYABR
122

İnflyasiyanın hədəflənməsi rejiminə keçid proqramı bu ilin sonuna yekunlaşacaq

2018-10-31 14:54:00

“Ölkənin maliyyə sektorunda mühüm islahatların reallaşması lazımdır. Növbəti dövrdə də qiymət sabitliyi AMB-nin əsas hədəflərindən olacaq”.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın bu gün keçirilən təqdimatında bildirib. Onun sözlərinə görə, inflyasiyanın hədəflənməsi rejiminə keçid proqamı bu ilin sonuna yekunlaşacaq.

E.Rüstəmov qed edib ki, AMB-nin məqsədlərdən biri də daxili maliyə bazarların aktivləşdirilməsi ilə bağlıdır: "Uzunmüddtəli gələcəyə baxışımz pozitivdr. İslahatlar proqramı imkan verir ki, gələcəyə optimist baxaq. Biz əminik ki, bütün tapşırıqların öhdəsindən gələcəyik."

AMB sədri Elman Rüstəmov bildirib ki, Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) ölkədə dövlət-özəl əməkdaşlığının nümunəvi modelinin yaradılmasında özünəməxsus rol oynayıb. "AMCHAM-a üzv olan "Mastercard" quruculuq, islahat proseslərində etibarlı tərəfdaşdır. Ona görə də bu layihə də ona tapşırılıb".

O, rəqəmsallaşmanın iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri adlandırıb. E.Rüstəmov əlavə edib ki, artıq rəqəmsallaşma həm də dövlətlərarası rəqabətin əsas əlamətlərindən birinə çevrilib: "Bu layihənin reallaşması iqtisadiyyatın inkişafına önəmli töhvə verəcək. Dövriyyədə nağd ödənişlərin payı azalacaq".

Onun sözlərinə görə, iqtisadi göstəricilər 4-cü rüb üçün pozitiv zonadadır: "İqtisadiyyatın başlıca sektorlarında artım görürük. Qeyri-neft ixracının artması da göstərir ki, iqtisadiyyatın diversifikasiyası üzrə işlər nəticə verir. Yaxın illərdə makroiqisdi dayanıqlılığın davam edəcəyi gözlənilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258