BANK

ASB Bankın öhdəlikləri artıb
17 OKTYABR
181

ASB Bankın öhdəlikləri artıb

2018-10-17 15:24:00

Azərbaycan Sənaye Bankının  cəmi aktivləri  12 milyon 379 min manat olub. Ötən rüb isə bu göstərici  12 milyon 673 min manat idi. Bankın cari ilin 3 rübünün yekunlarına görə cəmi aktivləri 1,007,197,24 manat olub. Ötən rüb isə bu göstərici 1,019,676.52 manat olub.

ASB Bankın cəmi öhdəlikləri  2-ci rüb 926,271.52  manat , 3 cü rüb isə 911,967.98 manat olub.

Bankın xalis faiz gəliri 8554.08 manat olub. Ötən rüb bu göstərici  5869.60 manat idi.  Qeyri-faiz gəliri cari ilin 3-cü rübü 4 milyon 943 min manat, ötən rüb isə 3 milyon 293 min manat olub ki, bu da rüblər arasındakı məbləğdə 1 milyon 650 min manat az olduğu məlum olur.

Cari il oktyabrın 1-nə ASB-nin aktivləri 1 007,197 milyon manat olub ki, bu da illik müqayisədə 6,9% çoxdur. Bunun 280,798 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,2% kiçilib. 

Hesabat dövründə ASB-nin öhdəlikləri 7,1% artaraq 911,968 milyon manata çatıb. Bunun 684,064 milyon manatı müştərilərdən alınmış depozitlərdir.

30 Sentyabr 2018-ci il tarixində ASB-nin məcmu kapitalı  66 milyon 265 min manat olub. Halbuki Bank 31 Dekabr 2017-ci il tarixində 78 milyon 180 min manat məcmu kapitala sahib idi. Məcmu kapitalın azalmasının səbəbi  tutulmalardı. Belə ki, məcmu kapitaldan tutulmalar 5 milyon 790 min manatdan 23 milyon 399 min manata yüksəlib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258