BANK

Rusiya Bankı gözləntilərini açıqlayıb
21 AVQUST
179

Rusiya Bankı gözləntilərini açıqlayıb

2018-08-21 11:07:00

"Yaxın gələcəkdə Rusiya iqtisadiyyatının artım tempi illik 1,5-2%-dən çox olmayacaq". Fins.az-ın məlumatına görə, Rusiya mətbuatı xəbər verir ki, bunu Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabuillina "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ənənəvi iqtisadi artım modeli artıq özünü doğrultmur: "Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dolları olsa belə, Rusiya iqtisadiyyatı çətin ki, il ərzində 1,5-2%-dən çox artsın".

E.Nabiullina əlavə edib ki, rəhbərlik etdiyi qurumun əsas fəaliyyəti bank sektoruna dəstək verməyə yönəlib və bəzən bunun üçün "populyar olmayan addımlar atmaq lazımdır". 

Mərkəzi Bankı rəhbərinin sözlərinə görə, Rusiyada maliyyə sektorunun "təmizlənməsi" prosesi demək olar ki sona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256