BANK

Azərbaycan Beynəlxalq Bankından Qələbə gününə özəl kredit
07 MAY
228

Azərbaycan Beynəlxalq Bankından Qələbə gününə özəl kredit

2018-05-07 16:26:00

9 may faşizm üzərində Qələbə gününə özəl olaraq Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayıb. 7 may tarixindən 10may tarixinə qədər davam edəcək kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı və pensiya kartına sahib hər bir müştəri nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.

 Kampaniyanın özəllikləri:

  •   Kreditin məbləği - 20.000 manatadək
  •   Kreditin müddəti - 60 ayadək
  •   İllik faiz dərəcəsi - 2% endirimlə / 23%-dən başlayaraq
  •   Kredit 5000 manata qədər olduqda - zaminsiz
  •   Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir. Eyni zamanda, müştəri ona ayrılacaq kredit məbləğini öyrənmək üçün öz əmək haqqı və ya pensiya kartının son 8 rəqəmini 8937 qısa nömrəsinə göndərə bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindənəldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277