BANK

Vəzifəli şəxsin qardaşı bankdan girovsuz 100 mln. manat kredit götürüb
07 SENTYABR
982

Vəzifəli şəxsin qardaşı bankdan girovsuz 100 mln. manat kredit götürüb

2017-09-07 16:45:00

Azərbaycandakı dövlət fondlarından birinin rəhbərinin qardaşı girovsuz olaraq ləvğetmə prosesində olan “Bank Standard” QSC-dən 100 mln. manatdan çox kredit götürüb. Bunu Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib. Fins.az Reporta-a istinadən xəbər verir ki,bununla belə, o, söhbətin konkret olaraq kimdən getdiyi açıqlanmayıb. Ə.Həsənov həmçinin deyib ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun vaxtilə “Bank Standard”a ayırdığı 20 mln. manat vəsaitin növbədənkənar qaytarılması ilə bağlı tələbi qanunsuzdur: “SKMF də kreditorlardan birdir və komitənin üzvüdür. Biz fonda müraciət etməliyik ki, ya iddiadan əl çəkin, ya da Kreditorlar Komitəsini tərk edin”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285