BANK

Banklar proqram təminatını yeniləyir – VERGİLƏR NAZİRLİYİ
12 YANVAR
297

Banklar proqram təminatını yeniləyir – VERGİLƏR NAZİRLİYİ

2017-01-12 11:03:00

"Vergi Məcəlləsinə edilən sonuncu dəyişikliklərlə əlaqədar banklarda proqram təminatı yenilənir". Fins.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib.

Onun sözlərinə görə, qanunlar qəbul olunana və Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minənə qədər Vergilər Nazirliyi və Banklar Assosiasiyasına üzv olan bankların 70-ə yaxın nümayəndəsi ilə görüş keçirilib: "Bizim Banklar Assosiasiyası ilə səmərəli əməkdaşlığımız davam edir. Biz hesab etmirik ki, bu qanunun tətbiqi ilə bağlı banklarda hər hansı bir qeyri-müəyyən suallar var. Təbii ki texniki olaraq banklarda müəyyən proqram təminatında sazlama işləri gedir. Bu müddət ərzində mütəmadi olaraq hətta görüşlər keçirilməsə belə texniki sualların dərhal ardan qaldırılması ilə bağlı işçi qrup yaratmışıq. İşçi qrupa vergilər nazirinin birinci müavini rəhbərlik edir. Bu işçi qrupda biz gündəlik olaraq yarana biləcək sualların aradan qaldırılması üzərində işləyirik".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308