BANK

Banklar “Sırat körpüsü”ndən necə keçəcəklər? – XARİCİ TƏCRÜBƏ
18 NOYABR
517

Banklar “Sırat körpüsü”ndən necə keçəcəklər? – XARİCİ TƏCRÜBƏ

2016-11-18 10:55:00

Bildiyimiz kimi, “Körpü banklar haqqında”  Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sərdi Rüfət Aslanlı öz çıxışında qeyd edib. O həm də qeyd edib ki, bu  layihə qabaqcıl dünya təcrübəsinə əsaslanır və sağlamlaşdırmaya ehtiyacı olan banklara yardım məqsədi daşıyır.  

R.Aslanlının sözlərinə görə, bu qanun layihəsi müvəqqəti inzibatçının problemli bankın mövcud sağlam aktivlərini  onun öhdəliklərinin bir hissəsi ilə birlikdə digər banklara hərraclar yolu ilə başqa banka ötürməsini nəzərdə tutur. Başqa sözlə, ilk öncə problemli bankın öhdəlikləri, daha sonra isə bankın özü  Körpü banklara satılacaq. 

“Körpü banklar”ın funksiyaları

Dünya təcrübəsində Körpü banklardan ( bridge banks)  bir çox ölkələr yararlanır. Məsələn, ABŞ-da “Körpü banklar” aşağıdakı funksiyaları həyata keçirir: 

Bağlanmış bankın depozitlərini öz üzərinə götürür;

Korporasiyanın qərarı ilə bağlanmış bankın digər öhdəliklərini öz üzərinə götürür;

Korporasiyanın qərarı ilə bağlanmış bankın aktivlərini alır;

Korporasiyanın bu aktlara əsaslanan fəaliyyatlərinə nəzarəti müvəqqəti olaraq həyata keçirir. 

Alıb-satır

Demək olar ki , “Körpü banklar”ın bu fəaliyyət istiqamətləri digər ölkələrdə də eynidir. Xarici nümunə olaraq qeyd edək ki, körpü bank funksiyası daşıyan “Western Alliance Bancorporation” bu yaxınlarda 425 milyon dollara “Northern California Bankı”nı alacaq. “Western Alliance Bancorporation”un açıqlamalarına görə, o, “California Bankı” alaraq “Silikon” vadisində böyük iştirak payı olan “Phoenix” kompaniyasına verəcək.

Bundan başqa, Western Alliance və San Jose Bridge Capital Holdings–in  elanı əsasında təşkil olunan satınalma əsasında “Bridge Capital's Bridge Bank” da özünə birləşdirib. Onun qərarı belədir ki, Bridge Bank öz adını dəyişmədən fəaliyyətinə davam edəcək. Satınalma “Bridge Capital”ın investorlarının Western Alliance`in səhmlərin təxminən 0.81 hissəsinə sahib olmaları şərtilə həyata keçirilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272