BANK

Bağlanan banklardan biri BOKT-a çevriləcək
22 İYUL
1559

Bağlanan banklardan biri BOKT-a çevriləcək

2016-07-22 10:12:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, iyulun 10-da həmin banklara öz kapitallarını, likvidliklərini və maliyyə vəziyyətlərini sabitləşdirmək üçün vaxt verilmişdi: «Onlara vaxt verilmişdi. Onlar sərmayə qoya bilərdilər, birləşə bilərdilər, və ya öz sərmayələrini başqasına sata bilərdilər». Artıq banklardan biri «Parabank»ın səhmdarları bank olmayan kredit təşkilatına (BOKT) çevrilməklə bağlı arzularını bildiriblər: «Buna qanun imkan verir. Onlar lazımi tələbləri yerinə yetirməklə BOKTa çevrilə bilərlər. Amma bunun hüquqi əsasları və prosedurları var. Biz palata olaraq buna etiraz etmirik. Əgər bankın səhmarları belə qərar qəbul edirlərsə, biz buna baxmağa hazırıq» bu banklarda 40 700 hesab var

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270