BANK

Azərbaycanda 2 kredit təşkilatı birləşə bilər
19 APREL 2016
646

Azərbaycanda 2 kredit təşkilatı birləşə bilər

2016-04-19 12:35:00

“İnkişaf üçün maliyyə” – bank olmayan kredit təşkilatı (BOKT) mikromaliyyə bazarının başqa bir iştirakçısı ilə konsolidasiya imkanlarını nəzərdə keçirir. Bu barədə fins.az-a açıqlamasında qurumun İdarə Heyətinin sədri Cəlal Əliyev bildirib. O, birləşə biləcəkləri BOKT-un adını açıqlamasa da, onun maliyyə göstəricilərinin konsolidasiya üçün münasib olduğunu bildirib.

“Başqa BOKT-la birləşmək sadəcə konsolidasiya xətrinə olmalı deyil. Hazırda bizim cəmi aktivlərimiz təxminən 17 milyon manatdır. Bunun isə 7-8 milyon manatı öhdəliklərimizin payına düşür. Yalnız bu nisbəti gözləyən BOKT-la birləşə bilərik və həmin təşkilat bu meyara cavab verir. Elə kredit təşkilatı var ki, onun 35 milyon manat cəmi aktivləri var. Bunun da 32 milyon manatı öhdəlikdir. Belə bir BOKT-la birləşmək sərf etmir. Çünki konsolidasiyadan sonra artıq öhdəlikləri yaranır”.

“İnkişaf üçün maliyyə”nin sədri qarşı tərəfin manatın devalvasiyasından sonrakı vəziyyəti barədə də danışıb: “Fevral devalvasiyasından sonra onlar tələsdilər, manatla kredit verdilər, üstəlik dollar kreditlərini manata çevirdilər. Bu da dekabr devalvasiyasından sonra onların valyuta mövqeyinin əhəmiyyəli dərəcədə açıq qalmasına səbəb oldu. Biz isə manatla kreditləşməyə noyabrda başlamışdıq, yəni daha ehtiyatlı davrandıq. Bununla belə, hesab edirəm ki, onlarla konsolidasiya üçün danışıqlar masasına oturmağa dəyər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8522
  • ₽ RUB
    0.0301