AVTO

"Tesla" avtomobilləri üçün YENİLİK
04 APREL
184

"Tesla" avtomobilləri üçün YENİLİK

2019-04-04 16:05:00

“Tesla” avtomobilləri mümkün olduğu qədər çoxlu sensorla təchiz olunub və sahibləri haqqında çoxlu informasiya toplayır.

Məsələn, sistemdə avtomobil sahibinin məlumatları, zəngləri, təqvimdəki tapşırıqları və bir çox başqa məsələlər saxlanıla bilər.

Fins.az-ın məlumatına görə, “CNBC” xəbər agentliyinin dərc etdiyi hesabatda tədqiqatçıların işlənmiş “Tesla Model 3”, “Model S” və “Model X” avtomobillərinin əvvəlki sahibləri haqqında çoxlu şəxsi məlumat əldə edə bildiyi qeyd olunub. Bir qayda olaraq, məxfi informasiya avtomobil sahiblərinin diqqətsizliyi ucbatından saxlanılır, amma bunda istehsalçının da günahı var. “Ağ hakerlər” qrupu işlənmiş “Tesla Model 3” avtomobilinin əvvəlki sahibi haqqında informasiya əldə etdikdən sonra şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı məsələ qalxıb.

Əldə olunan informasiyadan avtomobilin inşaat şirkətinə məxsus olduğu, ondan bir neçə əməkdaşın istifadə etdiyi məlum olub. 17 müxtəlif cihazla sinxronlaşma bunu göstərib. Həmin cihazlar avtomobilə telefon nömrələrinin qeyd olunduğu 11 siyahı, elektron poçt ünvanları, təqvim qeydləri və naviqasiya sisteminə əlavə edilən son 73 marşrut haqqında məlumat ötürüb. Sürücülər avtomobillərini satarkən şəxsi məlumatları silə bilər. Amma onların çoxu sadəcə bunu yaddan çıxarır, ya da qəzadan sonra avtomobilin işləməyən displeyinə görə format prosedurunu həyata keçirə bilmirlər. Kompyuter təhlükəsizliyi üzrə mütəxəssis Aşkan Soltaninin fikrincə, “Tesla” kimi istehsalçılar məsuliyyəti istehsalçıların üstünə atmamalı, şəxsi məlumatların qeydinə özü qalmalıdır. Belə çıxır ki, avtomobil sahibləri idarə etdikləri nəqliyyat vasitələrinin də smartfonlar kimi çoxlu informasiya topladığını artıq dərk etməlidir. Adətən istifadəçilər mobil cihazlarını satdıqda bütün şəxsi informasiyanı diqqətlə silir. Görünür, avtomobillərlə də eyni təhlükəsizlik tədbirini icra etməyin vaxtıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266