AVTO

İsti havalarda sürücülər DİQQƏTLİ OLSUN! -VİDEO
03 İYUL
304

İsti havalarda sürücülər DİQQƏTLİ OLSUN! -VİDEO

2018-07-03 18:26:00

Havaların anomal isti keçməsi səbəbi ilə avtomobillərdə tez-tez nasazlıqlar yaşanır. Avtosfer.Az xəbər verir ki, ən çox müşahidə edilən nasazlıq isə avtomobilin mühərrikini soyudan mayenin həddindən artıq qızması və mühərriki sıradan çıxarmasıdır. Xüsusəndə istehsal ili 10 ili ötmüş avtomobillərdə bu hal daha çox müşahidə edilir. Ustalar isə sürücüləri diqqətli olmağa çağırır. Mühhəriki soyudan mayenin qızmasına bir neçə amil səbəb ola bilər.

 Əgər sürücü avtomobildə tempraturun normadan çox artıdığını görürsə bu zaman avtomobili gücə salmamaq, tıxaclı yola girməmək və kənara çəkib saxlamaq lazımdır. Hətta əgər imkan varsa ön barmaqlığa su vurulması da yaxşı olar.

Mühərrikin normadan çox qızmasına həttə şin lərdəki havanın az olmasıda səbəb ola bilər. Bunun üçün yay aylarında şinlərin havasının normada saxlanılmasıda vacibdir. Bundan əlavə qızma səbəbi ilə yanacaq nasosununda tez-tez sıradan çıxması müşahidə edilir ki, bunun qarşısını almaq üçündə avtomobilin yanacaq çəninin minimum yarıya qədər dolu olması məsləhət görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255