AVTO

Aston Martin şirkəti yeni Vantage modelinin təqdimatına hazırlaşır
27 OKTYABR
125

Aston Martin şirkəti yeni Vantage modelinin təqdimatına hazırlaşır

2017-10-27 10:09:00

Bu günlərdə dəbdəbəli sportkarlar istehsalçısı olan Aston Martin şirkəti yeni nəsil Vantage modelinin təqdimatını keçirməyi planlaşdırır. Bu barədə, özünün Twitter sosial şəbəkəsindəki səhifəsində təqdimata dəvət alan Auto Express nəşrinin baş redaktoru Stiv Fаuler yazıb.

Bir müddət bundan öncə, istehsalçı yeni kupenin kamuflyajlı təsvirlərini dərc etmişdi. Yeni modelin dizaynı, iyun ayında nümayiş etdirilmiş patent təsvirləri ilə bənzərlik daşıyır. Kamuflyaj avtomobilin cizgilərini gizlətsə də, yeni modelin nazik formalı ön fənərlərə və Vulcan modelinin üslubunda radiator barmaqlığına malik olacağı indidən görünür.

Avtomobilin ön qanadlarındakı aerodinamik hava girişlərinə diqqət yetirsək, yeni kupenin də DB11 kupesi kimi Air Blade sistemi ilə təchiz ediləcəyindən şübhə etməmək olar. Eyni zamanda, iri təkər disklərinin arxasında gizlənmiş güclü əyləc mexanizmlərini də qeyd etmək lazımdır. Aston Martin texniki detalları açıqlamasa da yeni kupenin əsasını DB11 modelinin qısaldılmış alüminium platforması təşkil etdiyi ehtimal olunur.  Çox güman ki, yeni model DB11 modelindən tanış olan iki turbokompressorlu 4.0-litrlıik V8 mühərriki ilə təchiz ediləcəkdir.

Aston Martin DB11 modelində bu mühərrik 503 at qüvvəsi və 695 Nm fırlanma anı hasil edir. Əgər istehsalçı mühərrikin göstəricilərini dəyişməz saxlayarsa Vantage yerindən 100 km/saat həddinə 4,0 saniyəyə sürətlənəcək və 301 km/saat maksimal sürətə malik olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291