AVTO

Sürücülər siqnala görə cərimələnə bilər – XƏBƏRDARLIQ
10 OKTYABR
411

Sürücülər siqnala görə cərimələnə bilər – XƏBƏRDARLIQ

2017-10-10 16:36:00

Son günlər sosial şəbəkələrdə avtomobillə siqnal verilməsi halları geniş müzakirə edilir. Sürücü hansı hallarda avtomobildə siqnal verə bilər? Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Fins.az-a bildirib ki, “Yol hərəkəti haqqında” qanunun 73-cü maddəsində 2 halda sürücüyə avtomobildə siqnal verməyə icazə verilir.(məcburi deyil, sadəcə tövsiyə edilir)

Bunlardan biri avtomobil qəzasının qarşısını almaq üçün istənilən yerdə verilən siqnaldır. Burada ərazinin yaşayış məntəqəsi və yaxud qeyri-yaşayış məntəqəsi olmasının heç bir fərqi yoxdur. Əgər qəza ehtimalı varsa, sürücü dərhal siqnal vasitəsilə reaksiya verərək intizamsız nəqliyyat vasitəsi iştirakçısını xəbərdar etməlidir.

Ikinci hal isə ötmə əməliyyatı ilə bağlıdır. Ötmə əməliyyatı həyata keçirən sürücü ötülən avtomobil sahiblərini xəbərdar etmək üçün siqnal verə bilər: “Bu digər sürücüyə xitabən “ötmə əməliyyatı edirəm, diqqətli ol!” deməkdir”. Bu hala isə yalnız yaşayın məntəqələrindən kənar yollarda icazə verilir.

Ekspert bildirib ki, hazırda Bakıda xüsusilə də tıxaclarda daha çox siqnal verilməsi hallarına rast gəlinir. Bundan əlavə sürücülər siqnalla salamlaşırlar. Qanuna görə isə bu kimi hallara görə cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsində iki haldan başqa digər hallarda sürücü siqnal verərsə 30 manat cərimələnə bilər. Amma belə qanun pozuntusunu müəyyən etmək çətindir:“Tıxacda ardıcıl onlarla avtomobil dayanır. Siqnal səsinin hansı avtomobildən gəldiyini dəqiqləşdirmək mümkün deyil. Üstəlik, bu avtomobillər kameraya düşmür”. Ona görə də cərimənin təcrübədə tətbiqi sıfıra bərabərdir. Hər bir halda siqnal verərkən, xüsusilə də siqnalla qarşıdan gələn avtomobil sürücüsü ilə salamlaşarkən buna diqqət yetirilməlidir. Yol polisi belə salamlaşma müəyyən edərsə, sürücünü saxlayıb cərimələyə bilər.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287