AVTO

Ən az yanacaq işlədən “SUV” Bakıda  satışa çıxarılacaq - QİYMƏTLƏR
21 SENTYABR
25292

Ən az yanacaq işlədən “SUV” Bakıda  satışa çıxarılacaq - QİYMƏTLƏR

2016-09-21 12:43:00
Bakıda ən qənaətcil “Cip”in satışına başlanılır. Söhbət  Çinin yeni avtomobili  olan “GAC GS4” avtomobilindən gedir. Bu avtomobillərin Azərbaycanda rəsmi idxalçısı “Sirena Motors” şirkətindən fins.az-a verilən məlumata görə, “GAC” markasının “GS4” modelinin əvvəlki versiyaları Amerika və Çin bazarında satılıb. Avtomobilin 2016-cı il modelinin isə oktyabr ayının sonunda Bakıda satışa çıxarılması gözlənilir. Mini krossover ölçülərinin kiçik olması və az yanacaq sərfiyyatı ilə seçilir. 

Cəmi 6,3 litr yanacaq işlədir 

Belə ki,1,3 litr turbo mühərrikli  mini “Cip” şəhər içi yollarda cəmi 6,3 litr yanacaq işlədir. Şirkətdən bildirilib ki, dünyada istehsal edilən krossoverlər arasında 100 kilometr məsafəyə bu qədər yanacaq işlədən ikinci bir model yoxdur. İndiyə kimi yalnız “Changan CS 5” modeli az yanacaq sərfi ilə seçilirdi. Onun isə yanacaq sərfi 8,8 litr təşkil edirdi. “GAC GS4” modelinin maksimal sürəti saatda 220 km-dir. 130 at gücündə benzin mühərrikli avtomobilin Bakıya yalnız avtomat sürət qutulu versiyası gətiriləcək. Ölçülərinə gəlincə, avtomobilin yerdən hündürlüyü 167 sm, eni  185 sm, uzunluğu isə 451 sm-dir. 

Təkər balansını ekranda görmək olacaq 

Şirkətdən verilən məlumata görə, mini krossoverin Çin avtomobillləri arasında ilk dəfə tətbiq edilən yeniliyi də var.Belə ki, ilk dəfə olaraq bu modeldə  təkərlərin balansı avtomobilin monitorunda göstəriləcək. Sistem təkərlərdə hər hansı bir nasazlıq qeydə alarsa, dərhal ekranda işıq yanıb-sönməyə başlayır və sürücünü bununla bağlı xəbərdar edir.
Avtomobil Bakıda 24 min manata satılacaq 
Şirkətdən bildirilib ki, “GAC GS4” avtomobilindən əvvəlcə 15-20 ədəd gətirilməsi planlaşdırılır. Avtomobilin qiyməti isə opsiyalardan və təhcizatdan aslı olaraq maksimum 24 min manat olacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270