SƏNAYE

Pirallahı Sənaye Parkının rezidenti zəfəran məhsullarını satışa çıxarıb - QİYMƏTLƏR
11 OKTYABR
142

Pirallahı Sənaye Parkının rezidenti zəfəran məhsullarını satışa çıxarıb - QİYMƏTLƏR

2019-10-11 11:20:00

Zəfəranın 1 qramı 28,75 manatdan satılır. Şirkət 1 kiloqram zəfərən sataraq 28 min 850 manat gəlir götürməyi hədəfləyir.

Pirallahı Sənaye Parkının 5 rezidentindən biri olan “Absheron Saffron Ltd" MMC məhsullarını satışa çıxarıb.

Fins.az-ın məlumatına görə, şirkət bir sıra marketlərdə özünə məxsus satış rəflərini yerləşdirib. Rəflərdə zəfəran və zəfəran mürəbbələri yer alır.

Şüşə qablaşdırmada təklif edilən 1 qram zəfəranın qiyməti 28 manat 75 qəpikdir. Zəfərən mürəbbəsinin 30 qramı isə 1 manat 95 qəpiyə təklif olunur.

“Absheron Saffron Ltd" Məhdud Məsuliyyətli Cəmiyyəti 9 yanvar 2019-cu il tarixində Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bildirilmişdi ki, müəssisədə İtaliya, Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal ediləcək.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır