SƏNAYE

Yeni dövlət proqramı hazırlanır
08 OKTYABR
197

Yeni dövlət proqramı hazırlanır

2018-10-08 11:03:00

Oktyabrın 8-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirilir.

Fins.az AZƏRTAC -a istinadla xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çəltikçilik sahəsinin ölkə üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb etdiyini bildirib. Belə ki, 2020-2025-ci illərdə 40 min ton çəltiyin istehsalı planlaşdırılır.

Nazir müavini qeyd edib ki, ölkəmizdə aqrar elmin inkişafı istiqamətində yeni dövlət proqramı hazırlanır. Həmçinin bu sahədə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilir.

 Eləcə də bax: Azercell- 2568 uşağa "Qorxma, biz səninləyik" - dedi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255