SƏNAYE

Qobustan rayonunda noxud sahələrində məhsul tədarükü başa çatıb
30 İYUL
155

Qobustan rayonunda noxud sahələrində məhsul tədarükü başa çatıb

2018-07-30 15:56:00

Qobustan rayonunda cari mövsümdə 550 hektarda noxud yetişdirilib və torpaq mülkiyyətçiləri artıq məhsul tədarükünü başa çatdırıblar.

Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, sakinlər burada sovetlər birliyi dövründən noxudçuluqla məşğul olublar. Lakin hər il əkin çox az sahədə aparılıb. Son illər bazarlarda noxuda olan tələbat bu sahəyə marağı artırıb. Təsadüfi deyil ki, rayonda noxud əkini sahələri ötən ilə nisbətən 100 hektar, 2016-cı ilə nisbətən isə 310 hektar artıb.

Qeyd edək ki, cari ildə havaların əlverişsiz keçməsi məhsuldarlığa ciddi təsir göstərib. Belə ki, hər hektardan orta məhsuldarlıq 12-15 sentner təşkil edib. Bir sıra ərazilərdə, o cümlədən daha çox əkin aparılan Xilmilli, Təklə, Sündü, Cəm-Cəmli və bir sıra digər ərazi vahidlərində isə məhsuldarlıq bir qədər yaxşı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256