SƏNAYE

SOCAR AQŞ və “KCA Deutag” birgə müəssisə yaradacaq
25 İYUL
121

SOCAR AQŞ və “KCA Deutag” birgə müəssisə yaradacaq

2018-07-25 14:23:00

SOCAR AQŞ və Böyük Britaniyanın “KCA Deutag” şirkəti birgə müəssisə təsis edəcək. Müəssisədən bildirilib ki, SOCAR AQŞ və “KCA Deutag” arasında birgə müəssisənin təsis olunması haqqında müqavilə imzalanacaq.

Qeyd edək ki, “KCA Deutag” şirkəti 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir.

“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Müəssisə, 2009-cu ildən etibarən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvüdür. SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi, kəmər endirmə xidmətləri, atqıya qarşı avadanlıqların və quyuağzı avadanlıqların təmiri və sınağı xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. Bundan başqa, 2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə “API Spec Q2” keyfiyyət idarəetmə sisteminin tələblərinə əsasən sertifikat alıb.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251