SƏNAYE

Hacıqabullu sahibkarlar 6 aya 139 milyon manat qazanıb
16 İYUL
152

Hacıqabullu sahibkarlar 6 aya 139 milyon manat qazanıb

2018-07-16 15:45:00

2018-ci ilin birinci yarısında Hacıqabulun sosial-iqtisadi və mədəni həyatında uğurlu nəticələr qazanılıb. Iqtisadiyyatın bütün sahələri üzrə məhsul istehsalının həcmi 139.5 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.3 milyon manat çoxdur. İlin altı ayı ərzində kənd təsərrüfatı məhsullarının həcmi 67799.8 min manat, sənayedə məhsul buraxılışının həcmi 12298.1 min manat, ticarətdə isə 38698 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 9.6, sənayedə 100.8, ticarətdə 6.6 faiz artım müşahidə edilib. Hesabat dövründə rayonda iqtisadiyyatın bütün sahələri üzrə əsaslı kapitala yönəldilən investisiyaların ümumi həcmi 18 milyon 416 min manata çatıb. Altı ay ərzində 1 milyon 388 min manatlıq əsaslı fondlar istifadəyə verilib.

Bu barədə rayonda 6 ayın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağına rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov məlumat verib.

Rayonda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında islahatların uğurla həyata keçirilməsi taxılçılığın və digər növ kənd təsərrüfatı məhsulları istehsalının artması ilə nəticələnib. Hər hektardan əldə edilən məhsuldarlıq da yüksəlib.

Qeyd olunub ki, rayonda bu ilin məhsulu üçün 43011 hektar sahədə taxıl əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28602 hektar çoxdur. Taxıl sahəsinin 31848,0 hektarını buğda, 11163 hektarını isə arpa əkini təşkil edir. Zəmilərdən bu günə kimi 63691,2 ton məhsul əldə edilib. İstehsal olunan taxılın 30082,2 tonu buğda, 33609 tonu isə arpadır. Məhsuldarlıq arpa bitkisi üzrə 30,1 sentnerə çatıb.

İlin birinci yarısında 830 hektar sahədə bostan, 458 hektar sahədə tərəvəz, 1120 hektar sahədə qarğıdalı, 42 hektar sahədə kartof, 1300 hektar sahədə pambıq, 460 hektar sahədə yonca, 117 hektar sahədə şəkər çuğunduru, 20 hektar sahədə soya, 65 hektar sahədə paxlalı bitkilər, 7 hektar sahədə darı və 7 hektar sahədə sorgo olmaqla cəmi 6457 hektar sahədə yazlıq əkin aparılıb. Hesabat gününə kimi sahələrdən 3186 ton tərəvəz, 1761 ton bostan məhsulları, 2188 ton meyvə, 495 ton kartof istehsal olunub ki, bu da ötən il ilə müqayisədə bostan məhsulları istehsalı 321 ton, meyvə istehsalı 3 ton, kartof istehsalı 3 ton çoxdur.

Yığıncaqda bildirilib ki, heyvandarlıq və quşçuluq sahəsində də nəzərə çarpacaq artım müşahidə olunub. Hesabat dövründə 4439 ton ət (diri çəkidə), 9869 ton süd, 229 ton yun, 143.812 min ədəd yumurta istehsal olunub. Rayon üzrə iribuynuzlu heyvanların sayı 39037, xırda buynuzluların sayı isə 137358 başa çatıb.

Yığıncaqda qeyd olunub ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar hesabat dövründə rayonda mühüm layihələr həyata keçirilib. Rayon ərazisində tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri davam etdirilib, abadlaşdırma işlərinin görülməsinə yerli büdcədən xeyli vəsait xərclənib.

Hesabat dövründə rayonun 19 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdullaabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi davam etdirilib, yolun 48 kilometr hissəsinə 12 santimetr qalınlığında və 6 metr enində asfalt örtüyü döşənib. Hazırda yolun çiyinlərində son tamamlanma işləri aparılır.

Tədbirdə vurğulanıb ki, gələcəkdə də nailiyyətlərin sayını artırmaq məqsədilə hazırda rayonda bir sıra tədbirlər həyata keçirilir. Torpaqların suvarma suyu ilə təmin olunması üçün sututarlar yaradılır, yeni kanallar çəkilir.

Hesabat yığıncaqda rayonda elektrik təchizatının, əhalinin suya olan tələbatının yaxşılaşdırılmasından, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə görülən işlərdən də bəhs olunub.

Yığıncaqda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunub.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259