SƏNAYE

Əti qara, sümüyü qara, qiyməti 1252 manata olan toyuqlar - VİDEO
27 APREL
1962

Əti qara, sümüyü qara, qiyməti 1252 manata olan toyuqlar - VİDEO

2018-04-27 17:12:00

Vətəni İndoneziya olan qara toyuqlar görənləri heyrətə salır. Qara tüklü toyuq olmaqla yanaşı, bu ev quşları sümüyündən ətinə qədər qapqaradır. Bu toyuq Asiyada əksər marketlərdə satılır. Ən maraqlısı isə qara toyuğun yumurtasının ağ (adi toyuq yumurtası kimi) olmasıdır.
"Ay am Cemani" adı verilən qara toyuqlar Çin, Hindistan və Cənub-Şərqi Asiyada da var. Azərbaycanda bu toyuqları saxlayanlar olmasa da, Türkiyədə ara-sıra fermerlər qara toyuq yetişdirməyə başlayıb. Fermerlər əsas cəlb edən isə, bu toyuğun qiymətidir. Belə ki, bir qara toyuğun qiyməti 2-3 min lirədir (835 AZN - 1252 AZN). Bu toyuqların yumurtası da çox bahadır. Təxminən 30 lirə (12 AZN). 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259