VAKANSİYA

22 Fevral

Marketinq analitik - VAKANSİYA

Etibarlılığın, sabitliyinin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti 20 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır

Fins.az xəbər verir ki,  “Atəşgah” Sığorta şirkəti  "Marketinq analitik/Biznes Analitik" vakansiyası elan edir

Əsas vəzifə öhdəlikləri:

  • Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
  • Şirkətdə tətbiq edilən proses optimizasiyası metodoloqiyasına əsasən işlərin aparılması (data və xərclərin təhlili, prioritetlərə təsir edəcək məqamların müəyyən edilməsi, məlumatların marağlı tərəflər ilə razılaşdırılması);
  • Proseslərdə olan dəyişikliklərin sistemlərdə əks etdirilməsi üçün tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi (user story-lərin yazılması), test case-lərin yazılması və user acceptance testlərin həyata keçirilməsi;
  • Proseslərin optimallaşdırmasına xidmət edən dünya standartlarının, rəqəmsal həllərin tətbiq edilə bilməsi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
  • Proseslərin effektivliyinin ölçülməsi;
  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması);
  • Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
  • Proses riskləri ilə bağlı kök səbəb təhlillərinin aparılması, fəaliyyət planının hazırlanması, deadlineların izlənilməsi;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi

Namizədə tələblər:

  • İş təcrübəsi: Biznes analitika, Məhsul yaratma sahələri üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment sahələri üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: sərbəst
  • Üstünlüklər: Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar
  • Kompüter bilikləri: MS Office: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dəyişikliklərə uyğunlaşma, dinamikanı anlamaq;

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı: müsahibə əsnasında bildiriləcək.

Ətraflı məlumat üçün linkə keçid edin