SIĞORTA

02 May

"Xalq Həyat" Sığorta Şirkətinin sığorta ödənişi 2,4 dəfə artıb

2024-cü ilin yanvar-mart aylarında "Xalq Həyat" Sığorta Şirkəti ASC-nin sığorta ödənişi 1 857 min manat olub.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 096 min manat və ya 2,4 dəfə artıb.

Fuad Mədətov
Fins.az