BİRJA

02 May

Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

2 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2248024708 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Fins.az xəbər verir ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,174.2855 (7.97%) manat və 98,336.4746 (7.25%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27,500,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,309.4059 (7.37%) manat, orta ölçülmüş qiyməti isə 98,316.1730 (7.34%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 25.07.2024-cü ildir.