VAKANSİYA

22 Fevral

Baş mühasib -VAKANSIYA

Fins.az az xəbər verir ki, Dövlət Qurumu "Baş mühasib (Bakı)" vakansiyası elan edir

Əmək funksiyası:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;

  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;

  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;

  • Debitor və kreditor borcların uçotunun aparılması;

  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;

  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;

  • Gəlir və xərclərin uçotunun aparılması;

  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;

  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV).

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum) - Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)

  • Təhsil ixtisası - Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə

  • İş təcrübəsi (minimum) - Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)

  • Dil bilikləri - Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)

  • Kompüter bilikləri - Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3

  • Digər zəruri tələblər:

  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)

  • Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir. 

Vəzifənin tələb etdiyi səriştəliliklər: 

  • Problem həll etmə bacarıqları 

  • Təqdim etmə bacarığı    

  • Detallara diqqət    

  • Komandada işləmək bacarığı    

  • Analitik düşünmə bacarığı.

Əmək haqqı: 3000-4000 AZN net

CV bu [email protected] email göndərə bilərsiz