VAKANSİYA

21 Fevral

Tərcüməçi (İngilis dili üzrə) - VAKANSİYA

Dövlət qurumu tərcüməçi (İngilis dili üzrə) üzrə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Tərcümə komandamıza peşəkar tərcümə keyfiyyəti olan gənclər tələb edilir.

İngilis dili və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi vacibdir.

Vakansiya üzrə yalnız bəy namizədlər müraciət edə bilər.

Müraciət zamanı IELTS sertifikatı əlavə edilməlidir. (Sertifikatın vaxtı keçibsə belə)

Vəzifə və öhdəliklər:

  • Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək, 

  • Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;

  • Azərbaycan dilindən ingilis dilinə və əks istiqamətdə tərcümələrin yerinə yetirilməsi;

  • Beynəlxalq əlaqələrin qurulması; (görüşlər, yazışmalar, zənglər, qəbullar və s.)

  • Layihələrin hazırlanması və rəhbərliyə təqdim olunması;

  • Tərcümə edilmiş materialların redaktəsi;

Tələblər:

  • AR vətəndaşlığı; 

  • Ali təhsil; 

  • Yüksək sinxron tərcümə etmə qabiliyyəti;

  • İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi (minimum IELTS 7);

  • Rus dili üzrə bilikləri arzuolunandır;

  • Əlavə dil biliklərinə həmçinin üstünlük verilir. (Alman, Fransız və s.) ;

  • Detallara diqqətli olmaq;

  • 21-31 yaş;

  • Minimal iş təcrübəsi – 1-3 il; 

  • Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.);

  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;

  • Əla kommunikativ və analitik bacarıqlar;

  • Stressə davamlılıq ;

  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti.

Əmək haqqı: 1400 AZN 

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Tərcüməçi” yazaraq göndərə bilərlər. Müraciət zamanı IELTS sertifikatı əlavə edilməlidir. (Sertifikatın vaxtı keçibsə belə) [email protected]