VAKANSİYA

21 Fevral

Çağrı mərkəzi operatoru - VAKANSİYA

Kontakt Home çağrı mərkəzi operatoru üzrə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi, eyni zamanda digər sualların operativ cavablandırılması;

  • Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;

  • Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;

  • Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;

  • Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.

Tələblər:

  • Ali təhsil;

  • Səlis Azərbaycan və Rus dili biliyi;

  • Müştərilərlə ünsiyyət qurma bacarığı;

  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;

  • Məsuliyyətlilik və inkişafa meyillilik;

  • Stresə davamlılıq;

  • Kollektivdə komanda ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş günləri: hər 3 gündən bir istirahət günü;

  • İş saatı: 09:00-17:00/10:00-18:00/11:00-19:00/13:00-21:00(Növbəli).

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

link