VAKANSİYA

19 Fevral

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC işçi axtarır - VAKANSİYA

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC daxili audit üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Namizədə tələblər:

Ali təhsil;
Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
Kompüter bilikləri: əla səviyyədə;
Maliyyə Bazarları sahəsində qanunvericiliyə dair biliklər;
Müvafiq sahə üzrə Beynəlxalq sertifikatı olanlara üstünlük veriləcəkdir.

Səriştələr: 

Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
Analitik təhlil etmə bacarığı;
Araşdırma və təhlil üçün lazım olan məlumatları toplamaq bacarığı;
Məlumatların yazılı/şifahi təqdim etmə bacarığı.

Vəzifə öhdəlikləri:

Audit Komitəsi tərəfindən təsdiq edilmiş daxili audit planı və proqramına uyğun olaraq Cəmiyyətin struktur bölmələrində audit yoxlamalarının həyata keçirilməsi;
Cəmiyyətin daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin səmərəliliyinin (effektivliyinin) yoxlanılması, təhlil edilməsi və qiymətləndirilməsi;
İcra edilən əməliyyat prosedurlarının müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasının yoxlanılması;
Mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
Aparılmış yoxlamalar nəticəsində aşkar edilmiş nöqsan, çatışmazlıq, risklərin aradan qaldırılması haqqında tədbirlər planının tərtib edilməsi və planın icrasına nəzarət edilməsi;
Həyata keçirilmiş işlər barədə illik hesabatın, həmçinin fəaliyyətdən irəli gələn digər hesabat və sənədlərin tərtib edilməsi.

Təklif edirik:

İş saatları: 09:00-18:00;
İstirahət günləri: Şənbə, Bazar;
AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
Nahar;
Könüllü tibbi sığorta.

Əlaqə: [email protected]