VAKANSİYA

19 Fevral

"Xalq Bank" Auditor vəzifəsinə işçi axtarır - VAKANSİYA

Xalq Bank ASC Daxili Audit idarəsinin Auditoru vəzifəsinə vakansiya elan edir.

Fins.az bankın vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Təsvir:

Daxili nəzarət və risklərin idaəre dilməsi prosedurlarını yoxlamaq, təhlil etmək və qiymətləndirmək;
İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi və bu sistemlərin adekvatlığının və effektivliyinin artırılması məqsədilə tövsiyələr vermək;
Bankın fəaliyyətinin effektivliyini və xərclərin səmərəliliyini qiymətləndirmək;
Risklərin idarə edilməsi metodologiyasının tətbiqini və effektivliyini təhlil etmək;
Mühasibat yazılarının (sənədlərin) və maliyyə hesabatlarının dəqiqliyini və etibarlılığını yoxlamaq.

Tələblər:

Ali magistr təhsili (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
Bank sahəsində minimum 3 illik təcrübə;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”);
Azərbaycan dilini mükəmməl, Rus və İngilis dilini yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcəkdir;
Mühasibat Ucotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi;
Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər;
Bank və risklərin idarəolunmasına dair biliklər;
Bank əməliyyatlarının bütün aspektləri ilə bağlı ümumi biliklər;
Əldə olunan məlumatların qorunmasında və saxlanmasında sayıq olmaq;
Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
Məsuliyyətlilik;
Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
Hesabatın hazırlanması və yazılması bacarığı;
Yaş həddi: 24 – 35.

Əlaqə və ətraflı BURADAN baxa bilərsiniz.