VAKANSİYA

16 Fevral

Bakı və Qarabağda memar işləmək istəyənlər üçün VAKANSİYA

Dövlət qurumu memar vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az qurumun tələblərini və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

Müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işləyib hazırlamaq;

Layihələndirmə layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işləyib hazırlamaq, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərini razılaşdırmaq; 

Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasını təmin etmək; 

Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanı tərtib etmək, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materiallarını müəyyən etmək; 

Layihə- axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialları hazırlamaq; 

Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün, onları lazımi məlumatlarla təmin etmək;

Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirmək, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək;

Namizədə dair tələblər:

Sahə üzrə ən azı 3 il iş təcrübəsi; 

Memarlıq sahəsi üzrə ali təhsil;

Microsoft Office, AutoCad proqramlarında səlis işləmə bacarığı.

Əmək şəraiti:

İş rejimi: 5 gün;

İş yeri: Bakı və Qarabağ ərazisi.

Əlaqə: [email protected]